Qəzanın ləğvi zamanı çənlərin, texnoloji boru kəmərlərinin, avadanlığın təmiri aparılan zaman bu təhlükəsizlik tələbləri yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yanğın meydana çıxdığı halda, “Çən parkında yanğının söndürülməsi planına” uyğun olaraq yanğının aradan qaldırılmasına başlanmalıdır.
Yanğın söndürüldükdən sonra Qəzaların Ləğvi Planına uyğun olaraq işlərin görülməsinə başlanmalıdır.