“Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması ilə bağlı MSK qərar verib”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bununla əlaqədar azad edilmiş ərazilərdə məşkunlaşan və uzun müddət tikinti quruculuq işləri ilə məşğul olan insanalrın səsvermə hüququnun təmin edilməsi ilə bağlı yeni seçki məntəqələri yaradılacaq. Yeni məntəqələrin sırasında Xankəndidə yaradılan seçki məntəqəsi də var.
MSK sədri Məzahir Pənahov əlavə edib ki, Tərtərdə, Suqovuşada yeni məntəqələrin yaradılması gözlənilirdi: “Amma antiterror əməliyyatları nəticəsində Xankəndidə, Xocalıda və Əsgəranda yeni seçki məntəqələri yaradılacaq. Bunu sözlə izah etmək mümkün deyil. Əsgəran məsələsi bunların hamısından birincidir. Qarabağla bağlı məsələlər həddindən artıq qlobal əhəmiyyət kəsb edir”.