Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Heftelik.az-ın sorğusuna cavab olaraq bildirilib.
Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
***
saat 16.38
Müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, ifaçı Bakıda aeroport yolunda sürət həddini aşıb.
Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb.
Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb.
Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.