Yol qəzasında polis öldü

17 Dekabr 2023, 00:44

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub.

Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.