Adamların elektrik cərəyanı ilə zədələnmə təhlükəsi cəhətindən otaqlar fərqləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Təhlükə artımı olmayan otaqlar, hansılarda ki, təhlükə artımı və ya xüsusi təhlükə yaradan şərait yoxdur.

Təhlükə artımı olan otaqlar, aşağıda göstərilən, yüksək təhlükə yaradan bir şəraitin olması ilə səciyyələnən:

– nəmişlik və ya cərəyan keçirən tozla;

– cərəyan keçirən döşəmələrlə (metal, torpaq, dəmir-beton, kərpic və i.a.);

– yüksək temperaturla;

– yerlə birləşmələri olan binaların metal konstruksiyalarına, texnoloji aparatlarına, mexanizmlərə və s. bir tərəfdən və elektrik avadanlığının metal gövdələrinə o biri tərəfdən adamın eyni vaxtda toxunması mümkünlüyü ilə;

Xüsusi təhlükəli otaqlar – aşağıda göstərilən xüsusi təhlükə yaradan amillərdən birinin olması ilə səciyyələnən:

– xüsusi nəmişliklə;

–  kimyəvi aktiv və ya orqanik mühitlə;

– eyni vaxtda iki və çox yüksək təhlükə ilə.

Xarici (açıq sahələrdə) elektrik qurğularının yerləşmə əraziləri. Adamların elektrik cərəyanı ilə zədələnmə təhlükəsi cəhətindən bu ərazilər xüsusi təhlükəli otaqlara bərabər tutulur.