Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı xidmətlə bağlı bütün çətinliklərə qarşı əzmkar olmalı, xidməti vəzifəsini yerinə yetirərkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Eyni zamanda gömrük orqanlarında müəyyən olunmuş gündəlik iş və ya növbə qrafikinə, o cümlədən xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə bilavasitə rəhbərini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, bilavasitə rəhbərinin icazəsi olmadan xidmət yerini tərk etməməli və onun ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir.