Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, gömrük orqanı əməkdaşı ictimai birliyə üzv olmaq, o cümlədən həmkarlar təşkilatında birləşmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Gömrük orqanı əməkdaşına gömrük orqanlarında həmkarlar ittifaqları istisna olmaqla ictimai və siyasi birliklərin, dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.