Dövlət poçt ödənişi nişanları məktub poçtunun ünvan tərəfinin yuxarı sağ küncündə yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt markasının nominalı onun üzərində ərəb rəqəmləri və ya latın hərfləri ilə işarə olunur və poçt rabitəsi xidmətinin dəyərini ifadə edir. Poçt markaları bir-birinin üzərinə yapışdırıla bilməz. Poçt rabitəsi xidmətinin dəyəri məbləğində poçt markasının məktub poçtunun üzərinə yapışdırılması göndəricinin vəzifəsinə daxildir. Bu xidmət poçt rabitəsi operatorunun müəyyən etdiyi əlavə xidmət tariflərinə uyğun əlavə ödəniş əsasında poçt işçisi tərəfindən yerinə yetirilə bilər.