Hərbi hissənin şəxsi heyətinə ünvanlanmış bağlamalar, kiçik paketlər və qiyməti bəyan olunmuş poçt göndərişləri poçt obyektində ünvançıya, ünvançının etibarnamə verdiyi şəxsə, habelə etibarnamə əsasında hərbi hissənin səlahiyyətli nümayəndəsinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Hərbi hissələrə ünvanlanmış pul köçürmələri hərbi hissənin cari (hesablaşma) hesabına pul vəsaitlərinin keçirilməsi yolu ilə ödənilir.