Pul köçürmələri, bağlamalar, qiyməti bəyan olunmuş məktublar, sürətli poçt göndərişləri, kiçik paketlər, “M” kisələri şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməklə ünvançıya və ya şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə təqdim edilməklə ünvançının səlahiyyətli nümayəndəsinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt obyektində qeydiyyatlı poçt göndərişlərinin, pul köçürməsi üzrə vəsaitlərin alınması üçün alıcı tərəfindən şəxsiyyəti təsdiq edən sənədin məlumatları (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi, verən orqanın adı) və poçt göndərişinin, pul köçürməsinin alınma tarixi göstərilməklə bildiriş blankı doldurulur və imzalanır. “Tələb olunanadək” qeydli, abunə qutusuna və ya iş yeri üzrə ünvanlanmış qeydiyyatlı poçt göndərişinin alınması zamanı, eləcə də poçt göndərişinin üzərindəki ünvan alıcının sənəd üzrə qeydiyyat yerinin ünvanına uyğun olmadığı hallarda bildirişdə şəxsiyyəti təsdiq edən sənəddəki məlumatlardan başqa alıcının faktiki yaşadığı ünvan da göstərilir.