İçməli su yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İçməli su buraxılma (alınma) rejimi – istehlakçının ehtiyaclarına verilmiş xarakterik su tələbatında təminatlı sərf (saatlıq, saniyəlik) və sərbəst təzyiq, suölçən qovşaq – tələb olunan içməli su və atılan tullantı su miqdarını ölçmək üçün qurğu və cihazlar (siyirtmələr, süzgəc və s. avadanlıqla təchiz edilmiş kamera), kanalizasiya sistemi – yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir.