Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü, eləcə də digər şəxslər üçün tələb və ya qəbul edə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Bu qayda xidməti vəzifələrinin icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsinə və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.