Özü-özünə etiraz etirazın hansı formada ola biləcəyi açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
– prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında;
– müdafiəçiyə, zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə cinayət prosesinin istənilən anında şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən;
– hakimə — cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə;
– hal şahidinə — müvafiq istintaq hərəkəti başlananadək cinayət prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı iştirakçısı tərəfindən.