Poçt göndərişi ünvançıya verilən anadək göndəricinin hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt göndərişi ünvançıya verilən anadək göndərici poçt göndərişinin qəbul yerində poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun əlavə ödəniş əsasında aşağıdakılar barədə yazılı sərəncam vermək hüququna malikdir:
– ona məxsus poçt göndərişinin geri qaytarılması;
– alıcının ünvanının dəyişdirilməsi;
– poçt göndərişinin digər şəxsə verilməsi;
– poçt göndərişinin saxlanma müddətinin uzadılması;
– ödəmə şərtli poçt göndərişinin ünvançıdan ödəmə şərtinin məbləği tutulmadan ona verilməsi;
– ödəmə şərtinin məbləğinin azaldılması və ya artırılması (bəyan olunmuş qiymətdən yuxarı olmamaq şərti ilə).