Qəzanın ləğvi zamanı odlu işlər neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılması qaydaları üzrə nümunəvi təlimata əsasən aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qış fəsli başlamazdan əvvəl boru kəmərlərinin istilik izolyasiyası və onların qızdırılması üçün buxar qurğularının sazlığı yoxlanılmalıdır. Aşkar edilən çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır.