Nəqliyyat vasitələri texniki xidmət stansiyalarına və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrə verilməsinə görə uçotdan çıxarıldıqda dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə təhvil verilir, mülkiyyətçiyə isə Dövlət Agentliyi tərəfindən arayış verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar nəqliyyat vasitəsi uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir. Dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin reyestri kağız və elektron daşıyıcılar üzərində aparılır. Reyestrin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.