Yanğın şitləri ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarları ilə komplektləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Şitin yanındakı su tutumu 200 litrdən az olmamalı, vedrələrlə komplektləşdirilməlidir.
Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar mayelərin dağılma ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulur. A, B, V kateqoriyalı otaqlar və texnoloji xarici qurğuların hər 500 m2 üçün və D, Q kateqoriyalı üçün isə hər 1000 m2 sahəyə 0,5 m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.