Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsi blankları ciddi hesabat sənədləri hesab edilir və seyflərdə saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanının verilməsi, onların aqreqatlarının dəyişdirilməsi, qeydiyyata alınması və uçotdan çıxarılması, eləcə də ciddi hesabat blanklarının mədaxili, məxarici və uçot kitabları daimi saxlanılır.