Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) səmərəlilik auditinin keçirilməsi zamanı müəyyən edildi ki, “ASAN Finans” layihəsi çərçivəsində EHİM-lə 86 biznes partnyoru arasında bağlanılmış müqavilələr fiziki və hüquqi şəxslərə dair fərdi məlumatların əvvəlcədən müəyyən edilmiş tarif əsasında əldə edilməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Tariflər fərdi məlumatların əhatəliliyindən asılı olaraq hər sorğu üçün 0,10 AZN – 2 AZN (ƏDV-siz) arasında dəyişir.