Gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bilavasitə rəhbərinin rəyini öyrənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı öz xidməti mövqeyindən istifadə edərək, gömrük sərhədini keçməklə xarici ölkələrə gedən şəxslərdən özü və ya digər şəxslər üçün hər hansı bir əşyanın gətirilməsini tələb və ya sifariş edə bilməz.