Satılmış poçt markalarının dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Dövriyyədən çıxarılmış, korlanmış (çirklənmiş, zədələnmiş və s.), həmçinin xarici ölkələrin poçt markaları poçt rabitəsi xidmətlərinin ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq məktub poçtunun göndərilmə xidmətinin ödənilməsi üçün göndərici ÜPİ Beynəlxalq Bürosu tərəfindən buraxılan beynəlxalq cavab kuponları təqdim edə bilər.