Hərbi hissənin şəxsi heyətinə ünvanlanmış pul köçürmələri poçt obyektində ünvançıya, ünvançının etibarnamə verdiyi şəxsə, habelə hərbi hissənin cari (hesablaşma) hesabına pul vəsaitlərinin keçirilməsi yolu ilə ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt göndərişlərinin, pul köçürmələrinin və dövrü çap nəşrlərinin hüquqi şəxsə çatdırılma qaydası bu Qaydalar və ya hüquqi şəxs ilə poçt rabitəsi operatoru arasında bağlanmış müqavilə yaxud hüquqi şəxsin bu barədə yazılı ərizəsi əsasında müəyyən edilir.