Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.
Heftelik.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub və 10 km dərinlikdə baş verib.
Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.