Obyektlərin lazımi fərdi mühafizə vasitələri ilə vaxtında təchiz edilməsi üzrə məsuliyyət obyektin rəhbərliyinin, onların mövcudluğu, düzgün istismar və saxlanılma qaydaları üzrə məsuliyyət isə təmir və qəza-bərpa işləri aparan məsul şəxsin üzərinə düşür.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Fərdi mühafizə vasitələrinin verildiyi zaman onların əvvəlcədən komplektləşdirilmiş və istismara yararlı olması və istifadə edənin ölçüsünə uyğunluğu yoxlanılmalıdır. Əleyhqazlar xüsusi yerlərdə saxlanılmalıdır.