Gömrük orqanlarında etik davranış qaydalarına riayət olunmasına nəzarətin hansı qaydada həyata keçirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanlarında bu Kodeks ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət aşağıda göstərilən qaydada həyata keçirilir:
– cari nəzarət;
– ümumi nəzarət.
Cari nəzarət bilavasitə rəhbərlər, gömrük orqanlarının rəhbərləri, Komitənin daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Ümumi nəzarət etik davranış məsələləri üzrə məsul şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.