Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qadınların öldürülməsi ilə bağlı xəbərlərə diqqət çəkib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, mətbuatı açırsan, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var.

Deputat qeyd edib ki, elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür: “Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada TikYok-un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə – küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.