Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı özünə və həmkarlarına qarşı tələbkar olmalı, Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi ilə müəyyən edilmiş tələblərin hər hansı bir əməkdaş tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün zəruri tədbirlər görməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Eyni zamanda xidməti fəaliyyətlə bağlı aparılan icraat zamanı verilən sualları tam və səmimi cavablandırmalı, araşdırma ilə əlaqədar məxfi məlumatlar istisna olmaqla ona məlum olan məlumatları tam şəkildə açıqlamalı, obyektivliyin təmin edilməsinə hərtərəfli köməklik göstərməlidir.