Hakimə (məhkəmə tərkibinə) etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat miqdarında cərimə edilə bilər.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.