Cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının COP 29-un gələn il ölkəmizdə keçirilməsi təsdiq olundu. Bu Azərbaycanın növbəti uğura imza atması deməkdir. Ölkə rəhbərimiz bu müşavirədə geniş bir çıxış etdi. O çıxışında bildirdi ki “Bu bizim üçün dəyərli bir məsələdir. Sözügedən nüfuzlu bele bir tedbirin Bakıda keçirilməsi Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmətin təzahürüdür.Bu mötəbər beynəlxalq tədbir ikinci dəfədir ki, ölkəmizdə keçirilir. Əlli il bundan əvvəl sovet Azərbaycanın paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda keçiriləcəkdir. Keçiriləcək COP 29 konfransının ölkəmizdə keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur.
Bütün dünya ictimaiyyətinə məlumdur ki Qarabağda aparılan antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürürdülər. Onlar arasında xüsusilə Fransa dövləti Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyildi. Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərb ölkələri arasında təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Bu birlik dünyanın bütün ölkələridir. Onlar həmişə yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Hər birimizə məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edir. Buradakı sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Hətta işlər o qədər uğurlu olmuşdur ki sədrliyimiz bir ildə uzadılmışdır. Onu da demək yerinə düşərdi ki Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP 29-da isə 10 minlərlə xarici nümayəndənin ölkəmizə gəlməsi nəzərdə tutulmuşdur.
Çünki COP 29 dünyada ən mötəbər tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP 29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Bütün dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli, bizim enerji siyasətimizin əsasıdır”
Gülnarə Hacıyeva
Nəsimi Rayon İctimai Şuranın üzvü