Azərbaycan bir demokratik dövlət olaraq hər daim xalqının suverenliyi və ərazi bütövlüyü uğuruna çalışmışdır, yəqin ki bunu deməyə ehtiyac yoxdur, bunu bizə 44 günlük müharibə artıqlaması ilə sübut edir. Burada önəmli amillərdən biri də xalqın birliyidir ki biz onu xüsusən vurğulamalıyıq. Ön cəbhədə döyüş gedərkən onunla paralel mövqedə arxa cəbhənin həmin o birlik üzvlərini mütləq vurğulamalıyıq. Arxa cəbhədə Azərbaycan xalqının sırf bir olub “Dəmir yumruq” halında birləşməsi onun zəfərinə gətirən ən böyük amildir. Digər nüanslara baxsaq bu birliyin Azərbaycan nümayəndələri olan-gənclərin sosial şəbəkələrdə çıxan əsilsiz erməni medialarının məlumatlarına cavabları, həmçinin onların əsilsiz, tamamən yalan iddia olduğunu gerçəyə çıxarması uğuruna apardıqları həmin o cəhdləri də uğura gedən yolun kiçik amma özlüyündə çox böyük addımları idi. Həmçinin önəmli amillər sırasına Azərbaycanın hərbi gücü və prezidentimizin güclü strategiyası da aiddir. Əyər bu iki ünsür bir birini tamamlamasaydı həmin o nailiyyət, həmin o uzun zamanı alan gözlənti nəticə verməyəcək idi. Bizim bir dövlət olaraq dünya miqyasında olan dəyərimiz və tanınmağımız habelə Demokratik əsasların da təsdiqlədiyi bizim lehimizə olan dünya miqyaslı qərarlarında bu önəmli amillər sırasına daxil olmağa haqqı var. Bir xalq olaraq mübarizəli bir yola çıxmışdıq və düşməndən fərqli olaraq hərtərəfli döyüşdük və layiq olan ədalət nəhayət 30 il sonra yerini tapa bildi. Bu uğuru qazanmaq üçün 30 il fasilələrlə atəşkəs pozulmaları və buna bənzər antiterror əməliyyatları həyata keçirilsə də nəhayət onların cavabı verildi və bu uğurlu yol sadalanan amillər nəticəsində uğurla qət edildi. Azərbaycan qədim diyar qədim yurddur Və Dağlıq Qarabağda onun Qədim ulu torpağıdır! bu cümləyə nida qoymaq və təsdiqləmək hər daim bizim haqqımız idi və haqqımız olaraq qalacaq!
Nərmin Xanbutayeva
Azərbaycan Dillər Universiteti