Fiziki şəxsə çatdırma haqqında xəbərnaməli qeydiyyatlı poçt göndərişinin verilməsi, pul köçürməsi üzrə vəsaitin ödənilməsi zamanı poçt işçisi xəbərnamə blankında alıcı tərəfindən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənəd əsasında onun soyadını qeyd edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

“Şəxsən verilməli”, “Məhkəmə bildirişi” və “İcra qeydi bildirişi” qeydli poçt göndərişlərinin çatdırma haqqında xəbərnamə blankında alıcı şəxsən imza edir və soyadını qeyd edir.