Hər bir partlayış-yanğın təhlükəli obyekt və ya onun partlayış-yanğın təhlükəli sahəsi, sexi və s. üçün qəzaların ləğvi planı (QLP) tərtib olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP-da nəzərdə tutulmalıdır:
İnsan həyatı üçün təhlükəli olan baş verə biləcək qəzalar, onların baş verəcəyi yerlər və şəraiti;
– Qəza ilə üzləşən adamların xilas edilməsi üzrə tədbirlər;
– Qəzaların baş verdiyi ilkin mərhələdə onların ləğvi üzrə tədbirlər, həmçinin qəza zamanı işçi heyətin təxirəsalınmaz (ilkin) hərəkətləri;
– Adamların xilas edilməsi və qəzaların ləğv edilməsi üçün istifadə olunan vasitələrin yerləşdiyi yerlər;
– Qazdan xilasetmə və yanğın dəstələr arasında qarşılıqlı (birgə) hərəkət qaydaları.