Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.

Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir.

Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.

Reyestr kitabına daxil edilmiş məlumatlarda yol verilən dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər bu dəyişikliklərin və düzəlişlərin aid olduğu məlumatların əks etdirildiyi vərəqlərdən sonra gəlir. Dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər onların aid olduğu vərəqlərin nömrəsi ilə nömrələnir.

Dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə “Xüsusi qeydlər” qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması Dövlət Agentliyi tərəfindən müəyyən edilən xüsusi ştamp (3 nömrəli Əlavə) vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, Dövlət Agentliyinin müvafiq vəzifəli şəxsinin adı və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.