Fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Dövlət hakimiyyət, yerli özünü idarəetmə orqanlarının və idarə, müəssisə, təşkilatların vəzifəli şəxslərinə, habelə fiziki şəxslərə iş yeri üzrə ünvanlanmış “Şəxsən verilməli” və ya “Məhkəmə bildirişi” və ya “İcra qeydi bildirişi” qeydli sifarişi məktubların verilməsi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq üzrə müvafiq təlimatlar əsasında həyata keçirilir.