İlkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının təyini zamanı yanar maddələrin yanğın təhlükəliliyi və fiziki-kimyəvi xüsusiyyətləri, onların odsöndürücü maddələrlə qarşılıqlı təsiri, istehsalat binalarının, xarici qurğuların avadanlıq, qurğu və tikililərin sahələri nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texniki avadanlığın odsöndürücülərlə komplektləşdirilməsi, bu avadanlığa texniki şərtlərə (pasporta) və ya yanğın təhlükəsizliyi qaydalarına müvafiq şəkildə aparılmalıdır.