Ünvançnın nələr barədə yazılı sərəncam vermək hüququna malik olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Ünvançı poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun əlavə ödəniş əsasında aşağıdakılar barədə yazılı sərəncam vermək hüququna malikdir:
– ona ünvanlanmış poçt göndərişinin (“Məhkəmə bildirişi” və “İcra qeydi bildirişi” qeydli sifarişi məktublar istisna olmaqla), pul köçürməsinin saxlanma müddətinin uzadılması;
– ona ünvanlanmış poçt göndərişinin (“Məhkəmə bildirişi” və “İcra qeydi bildirişi” qeydli sifarişi məktublar istisna olmaqla), pul köçürməsinin ona digər ünvanda çatdırılması və ya digər ünvana yenidən göndərilməsi (ünvançının sərəncamı onun verildiyi gündən bir ay müddətində poçt rabitəsi operatoru tərəfindən yerinə yetirilir);
– qəbulu barədə qəbz təqdim etməklə ona göndərilmiş qeydiyyatlı poçt göndərişinin, pul köçürməsinin axtarışı;
– poçt obyektində verilməli olan poçt göndərişlərinin ünvan yerində ona çatdırılması (qüsurlu halda daxil olan poçt göndərişləri istisna olmaqla).
– Ünvançı onun adına daxil olan poçt göndərişindən imtina etmək hüququna malikdir.