Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq gömrük orqanı əməkdaşı tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşının xidməti münasibətlərdə olan işçini, xidməti və xidmətdənkənar fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən əmələ, seksual qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı-seçkiliyə məruz qoyması yolverilməzdir.