Hüquqi şəxsə və ya fiziki şəxsə iş yeri üzrə ünvanlanmış “Məhkəmə bildirişi” və ya “İcra qeydi bildirişi” qeydli daxili sifarişli məktubların çatdırma haqqında xəbərnamə blankında bu göndərişlərin alınması üçün səlahiyyət verilmiş şəxs imza edir və soyadını qeyd edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Mal tərkibli qeydiyyatlı poçt göndərişlərinin (kiçik paketlərin, “M” kisələrinin, bağlamaların və sürətli poçt göndərişlərinin) və qiyməti bəyan olunmuş poçt göndərişlərinin verilməsi zamanı poçt işçisi faktiki çəkinin poçt göndərişinin üzərində göstərilən çəkiyə uyğunluğunu, qablaşdırmanın, möhürün və plombun bütövlüyünü yoxlayır. Ünvançı öz imzası ilə poçt göndərişinin alınmasını, onun çəkisinin uyğunluğunu, qablaşdırmanın, möhürün və plombun bütövlüyünü təsdiq edir. Alıcının istəyi əsasında bu göndərişlər onun iştirakı ilə poçt obyektində açılır.