Daxili banderol, sekoqram, kiçik paket, qiyməti bəyan olunmuş məktublarda, habelə bağlamalarda göndərici və ünvançı olmayan şəxslər arasında mübadilə olunan bütün növ yazışmaların və sənədlərin göndərilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Daxili poçt göndərişlərinin içərisinə Azərbaycan Respublikasının digər poçt rabitəsi operatoru tərəfindən göndərilmə üçün qəbul edilən və rəsmiləşdirilən hər hansı poçt göndərişinin qoyulmasına yol verilmir.