Beynəlxalq poçt mübadiləsi yerində gömrük nəzarətinə cəlb olunan əşya və ya mal tərkibli beynəlxalq poçt göndərişlərinin (sürətli poçt göndərişləri istisna olmaqla) poçt obyektində qəbulu (verilməsi) zamanı göndəricidən (alıcıdan) poçt rabitəsi operatorları tərəfindən müəyyən edilmiş tariflər üzrə bu əməliyyata çəkilən faktiki xərclərə əsaslanmış tarif tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.