Cinayət prosesini həyata keçirən orqan zərər çəkmiş şəxsin, şahidin, təqsirləndirilən şəxsin və ya cinayət prosesində iştirak edən digər şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş qəsdlərdən müdafiəyə ehtiyacı olduğu və ya ehtiyacı ola biləcəyi halları aşkar etdikdə, bu şəxslərin xahişi və ya öz təşəbbüsü ilə onların dövlət müdafiəsi üçün müvafiq qərar qəbul etməklə təhlükəsizlik tədbirləri görməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.