Təsərrüfat-içməli, istehsalat, o cümlədən yanğın əleyhinə su kəməri ilə birləşmiş şəbəkələrin hesabatı ən hündürdə və girişdən ən uzaqda yerləşən cihazların qarşısında tələb olunan təzyiqin təmin olunması üçün aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bir neçə girişdən qidalanan su kəməri şəbəkələrinin hidravlik hesabatı onlardan birinin bağlanması nəzərə alınaraq aparılmalıdır. Binaya iki giriş olduqda onlardan hər biri 100% su sərfinə daha çox giriş olduqda isə hər biri 50% su sərfinə hesablanmalıdır.