Cari il dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Heftelik.az-ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Toğrul Musayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, eyni zamanda səsvermə gününədək səsvermə hüququ yaranacaq 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb: “Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət Seçki Məcəlləsinə əsasən tənzimlənəcək. Vətəndaşlar bununla bağlı məhkəmələrə müraciət edə bilər. Apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət də verilə bilər. Həmçinin əhali ilə bağlı məlumatların real vaxt rejimində MSK-ya çatdırılması istiqamətində zəruri işlər görülür”.