Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə qərar AHİK-in bu gün keçirilən növbədənkəanr qurultayında verilib.
Qeyd edək ki, Səttar Möhbalıyevin deputat seçildiyi Naxçıvandakı 3 saylı Babək – Kəngərli – Naxçıvan seçki dairəsi ləğv edib. Hazırda Naxçıvanda 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan Şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa seçki dairələri mövcuddur. Beləliklə, Naxçıvanda seçki dairələrinin sayı 7-dən 6-ya endirilib.
3 saylı Babək – Kəngərli – Naxçıvan seçki dairəsinin ləğvi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevə növbəti seçkilərdə deputat olmayacağı yönündə mesaj kimi qiymətləndirilir.
Səttar Möhbalıyev Prezidentin sabiq köməkçisi Əli Həsənovla qudadır.