Daxili sadə və sifarişli banderollarda yalnız kütləvi tirajlı çap məhsulları (blanklar, broşürlər, plakatlar), dövrü çap nəşrləri, bədii və digər ədəbiyyat göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Daxili kiçik paketlərdə mədəni-məişət və istehsal təyinatlı əşyalar, işgüzar sənədlər, çap nəşrləri, bədii və digər ədəbiyyat, səs yazıları, dərman və dərman bitkiləri, toxumlar, uzun müddət saxlanıla bilən qida məhsulları və digər qiymətli əşyalar göndərilir.