Biz dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq.

Heftelik.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ən həssas məsələ odur ki, şəhidlərimizin adının da seçici siyahılarında olmasına yol verməməliyik: “Bütün şəhidlərin siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş heç bir şəxs seçici siyahısında qalmasın”.