Sənədlərin icmalı fondtəşkiledənin və fond sənədlərinin xarakteristikasından, sənədlərin axtarışını təmin edən göstəricilərdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İcmalda bir-biri ilə oxşar və ya məzmunca yaxın olan sənədlərin xarakteristikası annotasiya şəklində verilməklə, onların növ müxtəlifliyi, müəllifləri, qısa məzmunu, ilk və son tarixləri, əsli və həcmi göstərilir. Bir qrup sənədin annotasiyasına məna və məzmunca daha vacib olan ayrı-ayrı sənədlərin xarakteristikası əlavə edilə bilər.