Beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olunan əşya və maddələr aşkar olunduqda poçt rabitəsi operatoru bu barədə gömrük orqanlarını dərhal xəbərdar edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Gömrük orqanlarının səlahiyyətli nümayəndələri poçt obyektinin məsul işçilərinin iştirakı ilə müvafiq akt tərtib edilməklə göndərilməsi qadağan olunmuş əşya və maddənin qanunla müəyyən olunmuş qaydada geri qaytarılmasını, götürülməsini və ya məhv edilməsini həyata keçirir.