“Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ının əsas məqsədləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, Qaydaların əsas məqsədləri aşağıdakılardır:
– qida zəncirinin bütün mərhələlərində insanlar tərəfindən qida məhsullarının təhlükəsizliyinə və yararlılığına nail olunması üçün qida gigiyenasının vacib prinsiplərinin müəyyənləşdirilməsi;
– gigiyena tələblərinin təmin edilməsi üçün qida zəncirinin ayrı-ayrı mərhələləri, texnoloji proseslər, yaxud qida məhsullarının təhlükəsizliyi ilə bağlı hazırlanacaq və qəbul ediləcək konkret texniki normativ hüquqi aktların tətbiqi üzrə rəhbər sənəd qismində istifadə edilməsi.