Rusiyanın Sankt-Peterburq şəhərinin Yefimova küçəsindəki “Sennaya” ticarət kompleksində silahlı insident olub.
Heftelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, axşam saatlarında baş verən hadisə zamanı alıcı mübahisə zəminində pnevmatik tapançadan telekommunikasiya mağazasının satıcısı, 19 yaşlı Azərbaycan vətəndaşının üzünə atəş açıb.
Zərərçəkmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sağ qaş nahiyəsinin yarası ilə xəstəxanaya çatdırılıb.
Atışma ilə bağlı 26 yaşlı İrkutsk şəhər sakini axtarılır.